ABŞ Türkiyənin Ukraynaya göndərdiyi MLRS-ni yüksək qiymətləndirib

ABŞ Türkiyənin Ukraynaya göndərdiyi MLRS-ni yüksək qiymətləndirib<span class="qirmizi"></span>

Türkiyənin Ukraynaya tədarük etdiyi TRLG-230 Çox Aparıcı Raket Sistemləri (MLRS) raketləri dəqiq zərbələr üçün nəzərdə tutulub.

SİA rus saytlarına istinadən xəbər verir ki, silahın bu cür qiymətləndirilməsini Amerika 19FortyFive nəşrinin köşə yazarı Cek Bakbi verib.

Onun sözlərinə görə, TRLG-230 mərmi lazer şüasının istiqamətləndirilməsindən istifadə edir.

Müəllif iddia edir ki, “Raket 20-70 kilometr uçuş məsafəsinə malikdir və hədəfləri cəmi iki metr dəqiqliklə vura bilir”.

Bakbinin sözlərinə görə, Türkiyənin MLRS mərmiləri Bayraktar TB2 zərbə və kəşfiyyat pilotsuz uçuş aparatı ilə birlikdə istifadə oluna bilər ki, bu da onların uçuş məsafəsini və dəqiqliyini artıracaq.

Qeyd edək ki, bundan bir müddət əvvəl Türkiyənin TRLG-230 reaktiv yaylım atəş sistemlərini rusiyalı hərbi ekspert Yuri Knutov qiymətləndirib.

Bundan əlavə, noyabrda “Rus Baharı” nəşri Ukraynadakı xüsusi əməliyyat zonasında türk TRLG-230 MLRS-nin ilk istifadəsinə dair kadrları dərc edib.

Mənbə: sia.az