İsrailli zabit Rusiya “Xəncər”ləri ilə bağlı ŞOK SİRRİ açdı

İsrailli zabit Rusiya “Xəncər”ləri ilə bağlı ŞOK SİRRİ açdı<span class="qirmizi"></span>

İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan zabiti Yiqal Levin bildirib ki, Rusiyanın “Xəncər” (X-47M2) raketi hipersəsli deyil.

Publika.az xəbər verir ki, hərbi analitik “Qordon” qəzetinin baş redaktoru Olesya Batsmana müsahibəsində deyib ki, “Xəncər” raketi sadəcə olaraq təyyarələr tərəfindən buraxılan “İskəndər”dir .

O qeyd edib ki, hipersəs silahları tamam başqa keyfiyyətə malikdir. Zabit ABŞ-ın uzun illərdir hipersəs silahları ilə təcrübələr apardığını və çoxlu sayda problemlərin öhdəsindən gələ bilmədiyini vurğulayıb.

“Sadəcə bir sirri açacağam. Bir çox Ukrayna KİV-ləri MiQ-lərdən buraxılan “Xəncər”in hipersəs raketi olduğunu yazır. Bu, hipersəs raketi deyil. “İskəndər”dir, sadəcə olaraq havadan buraxılır...” – ekspert bildirib.

 

Murad

Mənbə: publika.az