Britaniya lazerlə idarə olunan raketlərin Ukraynaya verilməsini təsdiq etdi - VİDEO

Britaniya lazerlə idarə olunan raketlərin Ukraynaya verilməsini təsdiq etdi - VİDEO<span class="qirmizi"></span>

 

Böyük Britaniyanın Müdafiə Nazirliyi yüksək dəqiqlikli lazerlə idarə olunan Brimstone-2 raketlərinin partiyasının Ukraynaya təhvil verilməsini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Britaniya Nazirliyi “Twitter” səhifəsində yazıb.

Mənbə yazır ki, bu raketlər Britaniyanın Ukrayna hərbçilərinə yardım paketinin bir hissəsi kimi təqdim edilib və onlar yüksək dəqiqliklə idarə olunması ilə seçilirlər.

"Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda həlledici rol oynayıb", - hesabatda deyilir.

Təkmilləşdirilmiş yüksək dəqiqlikli Brimstone-2 raketləri əvvəllər Ukraynaya təhvil verilmiş birinci nəsil Brimstone raketlərindən iki dəfə uzun atış məsafəsinə malikdir. Onlar lazer təyinat sistemi ilə təchiz olunub və həm döyüş təyyarələrindən, həm də güclü yük maşınlarından buraxıla bilər. Belə bir raketin qiyməti təxminən 175.000 funt-sterlinqdir.

 

Mənbə: bizim.media