Adobe Analytics-in məlumatına görə, amerikalılar "Qara Cümə" (Black Friday) onlayn alış-verişləri üçün rekord məbləğ - 9,12 milyard dollar xərcləyiblər.
Marja xəbər verir ki, bu rəqəm əvvəlki ilin səviyyəsindən 2,3% yüksək olub və 2020-ci ildə müəyyən edilmiş əvvəlki rekordu (9,03 milyard dolları) keçib.
Elektron malların satışı 2022-ci ilin oktyabr ayının orta günü ilə müqayisədə 221%, oyuncaqlar və idman avadanlıqlarının satışı müvafiq olaraq 285% və 218% artıb.
“Qara cümə”də onlayn alış-verişlərin təxminən yarısı – 48%-i smartfonlar vasitəsilə həyata keçirilib.
Şirkətin aparıcı analitiki Vivek Pandya deyib: “Qara Cümə günü onlayn xərcləmə rekordunun qırılmasına baxmayaraq, biz istehlakçıların daha qənaətcil davranışının getdikcə daha aydın əlamətlərini görürük”.
Bir çox alıcı qiymət artımı və inflyasiya səbəbindən hissə-hissə ödəmə təklifini qəbul edib.
"Şükran günü"ndən (Thanksgiving Day) sonra gələn "Qara Cümə" günü Amerikada pərakəndə satışlarda böyük endirimlər təklif edilir.
Analitiklər "Kiber Bazar ertəsi" (Cyber Monday) günü daha aktiv onlayn satışlar gözləyirlər. Adobe-nin proqnozlarına görə, satışın həcmi 11,2 milyard dollara çatacaq ki, bu da ötən illə müqayisədə 5,1% çoxdur.