Şəmkir, 28 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Şəmkir nümayəndəliyinin gəncləri “Rəqəmsal gənclik” layihəsi çərçivəsində təlimdə iştirak ediblər.
Şəmkir GİKM-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təlim çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fəridə Fətullayeva gənclərə “Sosial şəbəkə nədir?”, “Sosial şəbəkələrin istifadə məqsədləri” və “Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” mövzularında məlumat verib.
Sonda gənclərin sualları cavablandırılıb.
Mənbə: azertag.az