"Meta" 265 milyon avro cərimələndi

"Meta" 265 milyon avro cərimələndi<span class="qirmizi"></span>

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası "Meta" şirkətini 265 milyon avro cərimələyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə feysbuk sosial şəbəkəsinin yarım milyarddan çox istifadəçisinin məlumat sızmasının qarşısının alınması üçün kifayət qədər səy göstərməməsi olub.

Bu Ümumi Məlumatların Qorunması Qaydasının bütün dövrü üçün üçüncü ən böyük cəzadır.

Qeyd edək ki, 2021-ci ilin iyulunda "Amazon" şirkəti rekord məbləğdə - 746 milyon avro cərimələnmişdi.

Mənbə: news.milli.az