Texnologiya nəhəngi Tencent Teslanın rəqibi ilə anlaşıb

Texnologiya nəhəngi Tencent Teslanın rəqibi ilə anlaşıb<span class="qirmizi"></span>

Oyun, sosial media və bulud əməliyyatlar nəhəngi Tencent, Teslanın Çindəki rəqiblərindən biri olan Nio ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Marja xəbər verir ki, Nio və Tencent bildiriblər ki, sürücülər üçün yüksək dəqiqlikli xəritəçəkmə sistemləri üzərində birgə işləyəcəklər.

Həmçinin, Nio məlumatların saxlanması və avtonom idarəetmə üçün Tencent-in bulud xidmətləri infrastrukturundan istifadə edəcək.

Tencent-in Nio ilə tərəfdaşlığı şirkətə yeni biznes sahələrinə daxil olmaq imkanı verir.

Mənbə: marja.az