Alimlər Yerə düşən meteoritdə iki naməlum material aşkar ediblər

Alimlər Yerə düşən meteoritdə iki naməlum material aşkar ediblər<span class="qirmizi"></span>

Kanadalı alimlər “El-Ali” meteoritində Yer kürəsində indiyədək heç vaxt tapılmayan minerallar aşkar ediblər.

Bu barədə məlumatı Gazeta.ru yayıb.

Bu kəşf illik Kosmik Tədqiqatlar Simpoziumunda elan edilib.

Meteorit alimlər tərəfindən 2019-cu ildə Somalidə El-Ali şəhəri yaxınlığında tapılıb. Meteorit təxminən 14 ton ağırlığındadır və qədim dövrdə Yerə düşüb. 

Alimlər meteoritdən təxminən 70 qram ağırlığında nümunələr ayıraraq onların kimyəvi analizini aparıblar. Nəticədə iki yeni mineral - elaliit və elkinstantonit, həmçinin Yer kürəsində təbii mühitdə olmayan nümunə tapılıb.

Kosmik obyek hərracda satılmaq üçün Çinə aparılıb.

Mənbə: