Koronavirusun daha bir fəsadı üzə çıxdı

Koronavirusun daha bir fəsadı üzə çıxdı<span class="qirmizi"></span>

Amerikalı həkimlər COVID-19 infeksiyasının bəzi hallarda xəstə sağaldıqdan sonra belə ən azı üç ay ərzində qaraciyər toxumalarına zərər verməsinə dair ilkin sübutlar aşkar ediblər.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Həkimlər Massaçusets Ümumi Xəstəxanasının 130 daimi xəstəsinin sağlamlığının monitorinqi zamanı əldə edilmiş qaraciyərin ultrasəs görüntülərinin müqayisəsi zamanı fibroz və koronavirus infeksiyasının inkişafı arasında əlaqəni aşkar ediblər.

Bildirilib ki, koronavirus qaraciyər fibrozunun inkişafına səbəb ola bilər. COVID-19 bu orqanın toxumalarına geniş miqyaslı ziyan vura və bu orqanın daxilindəki birləşdirici toxumada çapıqların yaranmasına yol aça bilər. Bu, qaraciyərin fəaliyyətini poza və zaman keçdikcə qaraciyər çatışmazlığına səbəb ola bilər.

Mənbə: