“Tesla” on minlərlərlə avtomobilini geri çağırır

 

Amerikanın elektrik avtomobilləri istehsalçısı “Tesla” parklanma işıqları ilə bağlı problemlərə görə Çin bazarından 435 mindən çox Model 3 və Model Y avtomobilini geri çağıracaq.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, avtomobilləri işə salan zaman proqram xətası səbəbindən elektromobillərin hər iki və ya bir tərəfindəki arxa işıqlar işləməyə bilər. Bu, zəif görmə şəraitində toqquşma riskini artırır.

Bu səbəbə görə 2020-ci ilin dekabrından 2022-ci ilin noyabrınadək istehsal olunmuş 142 min ədəd Model 3 və 2021-ci ilin yanvarından 2022-ci ilin noyabrına qədər konveyerdən çıxan təxminən 293 min Model Y geri çağırılır.

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

Xankəndi əməliyyatı başlandı: Erməni terrorçular tərksilah olunmasa, ekoloqları komandoslar əvəzləyəcək

SONRAKI XƏBƏR

"Ayağa qalxıb yolumuza davam edirik" - Co Bayden