“WhatsApp”dan videozənglərlə bağlı əla funksiya - FOTO

 

“WhatsApp” mesencerinin istifadəçiləri videozənglərlə bağlı yeni funksiyaya giriş əldə edəcəklər.

Bu barədə “WABetaInfo”nun mütəxəssisləri məlumat veriblər.

Bildirilir ki, mesencerin tərtibatçıları video formatında danışmağa və eyni vaxtda üçüncü tərəf proqramlarından istifadə etməyə imkan verən “şəkil içində şəkil” videozəng rejimini təqdim edəcəklər.

Belə ki, zəng ekranı kiçildildikdə ekran ətrafında hərəkət etdirilə bilən kiçik üzən pəncərəyə çevriləcək.

Qeyd olunur ki, yeni funksiya artıq iOS əməliyyat sistemi üçün bəzi beta testerlər üçün əlçatandır.

Yeni özəlliyin bütün “WhatsApp” istifadəçiləri üçün nə vaxt işləyəcəyi hələlik məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl “WhatsApp”ı artıq planşetlərdə də istifadə etməyin mümkün olacağı barədə xəbərlər yayılmışdı. Həmçinin tərtibatçılar mesencerin masaüstü formatına zəng rejimi gətirdiklərini açıqlayıbar.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Lui Van Qal mundiallarda yeganə məğlubiyyətini Argentinadan alıb

SONRAKI XƏBƏR

Yaponiya beynəlxalq energetika bazarında baş verənləri gərginliklə izləyir