ABŞ Məxfi Xidməti hökumətə bağlı Çin hakerlərini COVID-19 pandemiyası ilə bağlı verilən 20 milyon dollarlıq yardımı oğurlamaqda şübhəli bilir.
Bu barədə Rusiya mediyası məlumat yayıb.
ABŞ-da vəsaitlərin mənimsənilməsində Çin dövlətinin himayə etdiyi APT41 haker qrupun böyük rol oynadığı iddia olunur.
Qeyd edək ki, 2020-ci ildən bəri hakerlərin 2 min hesabı və 40 mindən çox maliyyə əməliyyatını əhatə edən ən azı 20 milyon dollarlıq müavinətləri oğurladığı bildirilir.