"Azərbaycan kosmik sənayedə heyrətamiz irəliləyişlər əldə edib"

Azərbaycan kosmik sənayeni inkişaf etdirmək arzusunu nümayiş etdirir.

Bunu Trend-ə Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Feyhtinqer deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan kosmik sənayedə heyrətamiz irəliləyişlər əldə edib.

Feyhtinqer vurğulayıb ki, ölkənin artıq üç kosmik peyki var və telekommunikasiya sektoru regionda çox önəmlidir: "Gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi Azərbaycan kosmik sənayesinin inkişafında növbəti mühüm addımdır".

Federasiyanın icraçı direktoru onu da qeyd edib ki, müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri ilə təmaslar zamanı gələn il Bakıda keçiriləcək və ölkələrin iştirak edəcəyi Beynəlxalq Astronavtika Konqresi barədə məlumatlar verilir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Prezident Ərdoğan: Azərbaycanla birgə addımlarımızı davam etdirəcəyik

SONRAKI XƏBƏR

Prezidentin Sərəncamı ilə təltif edilən əməkdaşlara mükafatlar təqdim olunub