Orqanik plastik yaradan şirkət 1 milyon funt sterlinq mükafata layiq görüldü

Orqanik plastik yaradan şirkət 1 milyon funt sterlinq mükafata layiq görüldü <span class="qirmizi"></span>

 

Dəniz yosunlarından plastik alternativi hazırlayan Böyük Britaniya firması Britaniya Şahzadəsi Uilyamın "Earthshot" iqlim mükafatının 1 milyon funt sterlinqlik qaliblərindən biri seçilib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, plastikə alternativ London startapı "Notpla" şirkəti tərəfindən hazırlanıb.

Firma Rodrigo Garcia Gonzalez və Pierre Paslier tərəfindən London İmperator Kollecində və Kral İncəsənət Kollecində tələbə olarkən yaradılıb.

Belə ki, "Notpla" şirkəti əvvəlcə su saxlaya bilən "Ooho" adlı yeməli köpükcük, sonra isə dəniz yosunlarından hazırlanmış "Notpla" adlı plastik alternativ hazırlayıb. Şirkətin məhsullarına qutular üçün örtük, film, dəniz yosunundan hazırlanmış kağız və həmçinin dəniz yosundan hazırlanmış sərt plastik alternativ daxildir. Bu il firma "JustEat" paket çatdırılması platforması üçün bir milyondan çox yemək qutusu hazırlayıb.

"Notpla" isə Bostonda keçirilən "Earthshot Prize" mükafatlandırma mərasimində qalib elan edilən beş şirkətdən biridir.

Qeyd edək ki, "Earthshot" firmalara ətraf mühiti düşünən innovativ ideyalara qrantlar verən mükafatdır.

Xatırladaq ki, plastik çirklənmə qlobal təsir göstərir, plastiklər qütb dəniz buzlarından okeanın ən dərin hissəsinə qədər tapılır. Plastik tullantılar yaşayış yerlərinə zərər verir və balinalar kimi dəniz canlıları üçün ölümcüldür. Plastiklər mikroplastik adlanan kiçik parçalara ayrılır və qida zəncirinə qədər irəliləyə bilər. Bu ayın əvvəlində Uelsdəki tədqiqatçılar dəniz quşlarının plastik tullantıları balıqla səhv salaraq plastik ilə qidalandığını aşkar ediblər.

Mənbə: metbuat.az