Yaponiyada məktub və bağlamaların dronlarla çatdırılmasına başlanılır

Yaponiyada məktub və bağlamaların dronlarla çatdırılmasına başlanılır<span class="qirmizi"></span>

 

“Japan Post” 2023-cü ilin aprelində başlayacaq növbəti maliyyə ilində dronlardan istifadə edərək məktub və bağlamaları çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, qurğu 35 kilometrdən artıq olmayan məsafəyə beş kiloqrama qədər yükləri daşımağa qadirdir.

Qeyd olunur ki, dronlar əsasən yazışmaların gündoğan ölkənin dağlıq bölgələrinə və kuryerlərin az olduğu ucqar adalara çatdırılması üçün istifadə olunacaq.

 

Mənbə: