Köpək balığı qəbiristanlığı aşkar edildi

Köpək balığı qəbiristanlığı aşkar edildi<span class="qirmizi"></span>

Avstraliya Dövlət Elmi və Tətbiqi Tədqiqatlar Assosiasiyasının (CSIRO) alimləri Hind okeanında tədqiqat zamanı köpək balıqlarının məzarlığını aşkar ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Məlumatda bildirirlir ki, “Instiqator” elmi gəmisinin ekspedisiyası zamanı alimlər “akula qəbiristanlığını” tapmağa, həmçinin bu heyvanların yeni növünü kəşf etməyə nail olublar.

“Bu tədqiqatda biz Avstraliyaya endemik olan, əvvəllər elm adamları tərəfindən öyrənilməmiş və təsvir edilməmiş yeni bir buynuzlu köpəkbalığı növünü kəşf etdik. Bu heyvanlar 150 m-dən çox dərinlikdə yaşayır və biz hələ də onların davranışları haqqında heç nə bilmirik ",-. tədqiqat heyətinin üzvü Uil Vayt deyib.

Alimlərin daha bir tapıntısı Kokos adaları yaxınlığında dəniz dibində köpəkbalığı məzarlığı olub. “5,4 min metr dərinlikdə eyni anda bir neçə növə aid olan 750-dən çox köpək balığının fosil dişləri tapılıb. Onların arasında qədim meqalodon köpəkbalığının dişləri də var”, - CSIRO-nun bəyanatında deyilir.

Qərbi Avstraliya Muzeyinin tədqiqatçısı Qlenn Murun sözlərinə görə, köpək balığı qəbiristanlığında tapılan ən qədim nümunələr “meqalodon"un ən yaxın qohumu, ən azı 12 m uzunluğunda olan yırtıcıya aid olub:

"Bu tapıntılar bizə okeanlarımızda yaşayan və əvvəllər yaşamış növlərin müxtəlifliyini öyrənməyə imkan verəcək".

Qedye dək ki, Meqalodon, Miosen və Pliosen dövründə okeanlarda yaşayan nəsli kəsilmiş köpəkbalığı növüdür. Əvvəllər tez-tez güman edilirdi ki, meqalodon görünüşü və davranışı baxımından müasir ağ köpəkbalığına bənzəyir, lakin elm adamları idda edir ki, o böyük ölçüsü və hərəkətlərinin məhdudiyyətləri səbəbindən müasir akulalardan çox fərqli olub.

Fosil qalıqlarının tədqiqi bu köpəkbalığının uzunluğunun 15 m-ə çatdığını, maksimum çəkisinin isə 30 ilə 47 tona qədər olduğunu göstərir.

Ən böyük meqalodonların dişləmə gücü, 10,8 tona çatdığı ehtimal olunur.

Tunar Altunbay

Mənbə: redaktor.az