ABŞ Ticarət Nazirliyi 24 xarici təşkilatı qara siyahıya əlavə edib

ABŞ Ticarət Nazirliyi 24 xarici təşkilatı qara siyahıya əlavə edib<span class="qirmizi"></span>

ABŞ Ticarət Nazirliyi 24 xarici şirkət və təşkilatı qara siyahıya əlavə edib, onların arasındakı 10 hüquqi şəxs Rusiyada yerləşir.

AZƏRTAC xəbər verir ki, müvafiq sənəd çərşənbə günü Federal Reyestrin elektron məlumat bazasında - ABŞ hökumətinin sənədlər toplusunda dərc olunub. “Ticarət Nazirliyi ixrac nəzarəti qaydalarına dəyişiklik edərək siyahıya 24 təşkilatı əlavə edib”, - sənəddə belə deyilir.

Qara siyahıya Rusiyanın kompüter avadanlığı istehsalçısı “Kraftway” və mikroçip istehsalçısı “Milandr” ASC də daxil edilib.

Mənbə: azertag.az