Aİ "Birinci Kanal, "Rusiya 1" və NTV-nin yayımını qadağan edəcək

Aİ "Birinci Kanal, "Rusiya 1" və NTV-nin yayımını qadağan edəcək<span class="qirmizi"></span>

"Politico" yazır ki, doqquzuncu sanksiyalar paketi çərçivəsində Aİ Rusiyanın dövlət televiziya kanallarının yayımını məhdudlaşdırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə MK məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə,"Birinci Kanal", Rusiya 1, NTV və REN TV-nin yayımı qadağan ediləcək.

Həmçinin bildirilir ki, sanksiyalar Rusiya aviasiya və kosmos sektorları üçün nəzərdə tutulan mallara, o cümlədən təyyarə mühərrikləri, ehtiyat hissələri, noutbuklar, kameralar, linzalara şamil ediləcək.

Bundan əvvəl diplomatik mənbələr Aİ-nin yeni sanksiyalar paketinin dekabrın 9-da razılaşdırıla biləcəyini bildirmişdilər.

Paket çərçivəsində Rusiyadan daha 200 fiziki və hüquqi şəxsin “qara siyahı”ya daxil ediləcəyi gözlənilir.

Hüseyn İbadlı

Mənbə: publika.az