"Google" da yalan məlumatlar silinəcək

"Google" da yalan məlumatlar  silinəcək<span class="qirmizi"></span>

Avropa Birliyi “Google” axtarış sistemində yalan olduğu sübut edilən bütün məlumatların silinməsinə qərar verib.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Lüksemburqda yerləşən Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi qərar verib.

“Məlumatın silinməsini tələb edən şəxs onun yalan olduğunu sübut edə bildiyi təqdirdə axtarış sistemi onu ləğv edə bilər”,-deyə qərarda deyilir.

Mənbə: manset.az