Dünyanın ən böyük iPhone istehsalçısı Hindistanda yeni zavodlar tikəcək

Dünyanın ən böyük iPhone istehsalçısı Hindistanda yeni zavodlar tikəcək<span class="qirmizi"></span>

Əsas iPhone istehsalçısı kimi tanınan Tayvanın Foxconn şirkəti Hindistanda yeni fabriklər tikmək üçün 500 milyon dollar sərmayə qoyub .

"Unikal" xəbər verir ki, bu barədə MacRumors məlumat yayıb .

Qeyd olunur ki, Tayvan firması Hindistandakı törəmə şirkətinin inkişafına külli miqdarda pul yatırıb. İnvestisiyalar iPhone və iPad istehsalı üçün yeni istehsal xətlərinin işə salınmasına sərf olunacaq.

MacRumors-a görə, Foxconn, Apple-ın Çindəki istehsal yerlərinin sayını azaltmaq qərarından sonra Hindistandakı mövcudluğunu gücləndirir. Həmçinin, Foxconn-un motivlərinə Çin fabriklərində davam edən işçi etirazları təsir edib. Qeyd olunur ki, Foxconn-un Çindəki problemləri artıq iPhone 14 Pro-nun təchizatında fasilələrə səbəb olub.

Hindistanla yanaşı, Apple da Vyetnamı istehsal mərkəzləri üçün bir yer kimi nəzərdən keçirir . MacRumors istisna etmir ki, tezliklə Foxconn bu ölkədə də iştirakını artırmağa başlayacaq.

 

Mənbə: www.unikal.org