Rusiya cəbhədə “Starlink”dən istifadə edir?

Rusiya cəbhədə “Starlink”dən istifadə edir?

Amerikalı milyarder İlon Mask rus hərbçilərin cəbhədə “Starlink”dən istifadə etməsi ilə bağlı məlumatı şərh edib.

O, bu barədə X sosial şəbəkə hesabında yazıb.

Mask “SpaceX”in bu terminalları Rusiyaya satmadığını söyləyərək, xəbərləri təkzib edib:

“Bir sıra yalan xəbərlər “SpaceX”in Rusiyaya “Starlink” terminallarını satdığını iddia edir. Bu, qəti şəkildə həqiqətə uyğun deyil. Heç bir “Starlink” Rusiyaya birbaşa və ya dolayı yolla satılmayıb”.

Mənbə: axar.az