Nokia 105 düyməli telefonu təqdim olundu - VİDEO

"HMD Global" bu günlərdə satışa çıxarılan yeni "Nokia 105" (2019) düyməli telefonunu hələ iyul ayının sonunda anons etmişdi.

TED.az xarici mətbuata istinadən xəbər verir ki, "Nokia 105", 160x120 piksel göstəricili 1,77 düym diaqonallı ekran, "Nokia Series 30+" proqram platforması, 4 MB RAM və bir o qədər flash yaddaş, FM Radio, Fənər, iki SIM kart yuvası, 3,5 mm konnektor, həmçinin 800 ma•saat üçün akkumulyatora malikdir. Bu, 14 saata qədər söhbət etməyə və enerjini 25 günə qədər gözləmə rejimində saxlamağa imkan verəcək.

Yenilənmiş "Nokia 105", 13 avro qiyməti ilə mavi, qara və çəhrayı rənglərdə təqdim olunur.

 

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Çingizxan əsgərlərin paltar və qab yumasına niyə icazə vermirdi?

SONRAKI XƏBƏR

Sumqayıtda qətl hadisəsi törədilib