Amerikalı tərtibatçılar potensial sevgili seçən bir tətbiq yaratdılar - VİDEO

Denverli startapçı, potensial sevgilini seçən AIMM tətbiqini hazırlayıb. Bu tətbiq süni intellektə əsaslanır.

Milli.Az ted.az-a istinadən bildirir ki, əvvəlcə istifadəçi AIMM səs köməkçisinə potensial sevgilisinin tələbləri barədə məlumat verməlidir. Xarici görünüş parametrlərini, maraqlarını və bir sıra digər meyarları müəyyən etmək lazımdır.

Beləliklə, tətbiq alqoritmi bir istifadəçi profilini tərtib edir və sonra tələblərə uyğun bir neçə insanı seçir.

Qeyd edək ki, tətbiq istifadəçilərdən geri dönüşü tələb edir. Görüş təsüratlarınızı demək məcburiyyətində olursunuz. Sonda potensial sevgilinizin bal verməsi lazımdır, həmin ballar yüksək olsa yeni bir potesial sevgilinizlə görüş şansını qazanmış olursunuz.

 

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Şantajçıları dayandırmaq üçün elə bir şey etdi ki,... - MARAQLI

SONRAKI XƏBƏR

"Qarabağ" Peşəkar Futbol Liqasına müraciət edəcək