Apple ağıllı saatlar bazarında böyük fərqlə liderdi - VİDEO

Apple ağıllı saatlar bazarında böyük fərqlə liderdi - VİDEO

2019-cu ilin ikinci rübü ərzində dünya bazarında ağıllı saatların satışına dair hesabat məlumatları açıqlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Apple" "ağıllı" saatlar bazarında böyük fərqlə lider olaraq qalır və hesabat dövründə 5,7 mln. cihazı reallaşdırıb, halbuki ötən ilin analoji dövrü ərzində satış həcmi 3,8 mln. ədəd təşkil edib.

Bu seqmentdə ikinci yerdə iki dəfə artan satış miqdarı ilə - 2 milyondan artıq "ağıllı" saatla "Samsung"dur.

Üçüncü nəticə "Fitbit" şirkəti tərəfindən göstərilib - onun satışı azalıb və 1,2 milyon saat təşkil edib. Qeyd edək ki, bu üç istehsalçı bazar payının 72,1%-ni zəbt edib.

Ümumilikdə, ikinci rübdə "ağıllı" saatlar bazarı 55,4% artaraq 12,3 mln. reallaşdırılmış qurğuya yüksəlib.

 

Milli.Az

 

Mənbə: news.milli.az