"Whatsapp"-a yeni rəqib gəlir

"Whatsapp"-a yeni rəqib gəlir<span class="qirmizi"></span>

Google Mesajlar son güncəlləmələri ilə bir çox yeniliklər etdi və bununla özünü daha da təkmilləşdirdi. Belə ki, Google-un ani mesajlaşma proqramı olan Google Mesajlaşma istifadəçilərə öz profillərini yaratmaq imkanı verməyə hazırlaşır. Google mesajlaşma "Whatsapp"-a qarşı mübarizədə irəli getmək üçün bu addımı atıb.

Ednews Haber Globala istinadən xəbər verir ki, tətbiqin parametrlər menyusunda diqqət çəkən bu yeni funksiya hələ işlək olmasa da, gələcəkdə işə düşəcək. Bundan əlavə parametrlər hissəsində profili idarə etmək üçün “Profili Paylaş” kimi seçimlər də yer alacaq.

Profildə şəkil, ad və e-poçt ünvanı olacaq. Siz həmçinin profili kimin görə biləcəyini seçə bilərsiniz.

Hələ inkişaf mərhələsində olan xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi məlum deyil.

 

Mənbə: ednews.net