ABŞ-da TikTok-u qadağan edən qanun layihəsi təqdim ediləcək

ABŞ-da TikTok-u qadağan edən qanun layihəsi təqdim ediləcək<span class="qirmizi"></span>

Respublikaçı ABŞ senatoru Coş Hauley ABŞ-da "TikTok"u qadağan edən qanun layihəsi təqdim edəcəyini söyləyib. "Ölkə.az" "Reuters"ə istinadla xəbər verir ki,

"TikTok"un qurucuları Çin şirkəti "ByteDance"dır, artıq hökumət işçiləri TikTok-dan hökumətə məxsus cihazlarda istifadə və ya endirməni dayandıracaq qadağa ilə üzləşib.

"TikTok Çinin amerikalıların həyatına müdaxilə üçün arxa qapısıdır. Bu, uşaqlarımızın psixi sağlamlığını təhdid edir. İndi mən bütün ölkə daxilində bunu qadağan etmək üçün qanun təqdim edəcəyəm”, - deyə senator bildirib.

Hauley qanun layihəsinin nə vaxt təqdim ediləcəyini açıqlamayıb.

TikTok açıqlamasında Hauleyin səhv yanaşma sərgilədiyini bildirib.

Elvin

Ölkə.az

Mənbə: olke.az