Yük maşını ölçüsündə asteroid Yerin yaxınlığından keçəcək

Yük maşını ölçüsündə asteroid Yerin yaxınlığından keçəcək<span class="qirmizi"></span>

Yük maşını ölçüsündə asteroid indiyə qədər qeydə alınan ən yaxın qarşılaşmalardan birində Yerin yaxınlığından keçəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) rabitə peyklərindən daha aşağıdan keçəcək yük maşını böyüklüyündə asteroidin cümə günü Yerdən 3 min 600 kilometr hündürlükdə görünəcəyini açıqlayıb.

NASA bildirib ki, yeni kəşf edilən asteroid cümə günü axşam Cənubi Amerikanın cənub ucunda görünəcək.

Asteroidin Yerlə toqquşma şansı yoxdur, lakin bu, olduqca yaxın bir keçid olacaq.

Elm adamları asteroidin atmosferdə yanacağını və bəzi hissələrin meteorid kimi düşəcəyini bildiriblər.

Şənbə günü kəşf edilən "2023 BU" kimi tanınan asteroidin ölçüsünün 3,5 metr ilə 8,5 metr arasında olduğu düşünülür.

 

Mənbə: sia.az