9 milyard işıq ili uzaqlıqdakı qalaktikadan gələn siqnal aşkarlandı

Alimlər Yerdən 9 milyard işıq ili uzaqlıqda yerləşən başqa bir qalaktikadan gələn siqnal aşkar ediblər.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, radio siqnalı Hindistanın Pune şəhərində yerləşən nəhəng teleskop tərəfindən qəbul edilib.
Alimlər bildirir ki, siqnal SDSSJ0826+5630 adlı qalaktikadan yayılır. Həmin qalaktika ulduz əmələ gətirən qalaktikadır. Siqnalın Yerə çatması 9 milyard il çəkib. Mütəxəssislərin sözlərinə görə radio siqnalı 9 milyard il əvvəl keçmişə baxmağın bir yoludur. Yaxınlıqdakı qalaktikalardan başqa radio siqnalları da aşkarlanıb, lakin bu, indiyədək aşkar edilmiş ən uzaq siqnaldır.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

"Erkin Qədirlinin başı xarab olub, onun ağlı çaşıb" - Ağacan Abıyev

SONRAKI XƏBƏR

Qədim oğuzların məskənlərinin toponimik etimologiyalarının izahı - Qobustan