27 yaş gəncləşmək üçün 2 milyon xərcləyən şəxsin son halı görənləri təəccübləndirir- FOTO

27 yaş gəncləşmək üçün 2 milyon xərcləyən şəxsin son halı görənləri təəccübləndirir- FOTO<span class="qirmizi"></span>

ABŞ-da “Kernel” texnologiya şirkətinin sahibi Bryan Conson 18 yaşındakı bədənini bərpa etmək üçün 2 milyon dollar xərcləyib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, B. Conson beyin siqnallarını izləyən 50 min dollarlıq dəbilqə istehsal edib.

Dəbilqə sayəsində onun ürəyinin 37, dərisinin 28, ağciyərlərinin isə 18 yaşındakı birinə bərabər olduğu aydınlaşıb.

45 yaşındakı şirkət sahibi 18 yaşındakı bədəni qaytarmaq üçün 30 ekspertdən ibarət komanda formalaşdırıb.

O, gənc bədənə sahib olmaq üçün aşağıdakı qaydaları tətbiq edir:

• Hər səhər saat 05:00-da oyanır və vitamin qəbul edir.
• Səhər bir saat idman edir və tərkibində kreatin və kollagen peptidləri olan yaşıl şirə içir.
• Gündə 1977 kalori olan veqan pəhrizi ilə qidalanır.
• Həftədə 3 dəfə hər gün ortalama 1 saat yüksək intensivlikli idman edir.
• Hər gecə yatmazdan əvvəl iki saat mavi işıq əleyhinə eynək taxır.
• Hər gün eyni vaxtda yatır. O, yatarkən aparata bağlanır. Bu aparat ereksiyaların tezliyini izləyir.
• Hər gün çəkisini, bədən kütlə indeksini, bədən yağını, qan şəkərini, nəbzini və təzyiqini ölçür.

Günay

Mənbə: olke.az