Nissan 500 mindən çox avtomobilini geri çağırır

Yaponiyanın aparıcı avtomobil istehsalçılarından biri olan Nissan Motor, mühərrikin dayanma funksiyasındakı nasazlığa görə yarım milyondan çox avtomobili, o cümlədən Serena və X-Trail modellərini geri çağırdığını elan edib.

Marja xəbər verir ki, 2010-cu ilin sentyabrından 2017-ci ilin iyununa qədər istehsal olunmuş avtomobillər geri çağırılır.

"Dəyişdirmək üçün lazım olan hissələr mövcud olan kimi biz sizə xəbər verəcəyik və dəyişdirəcəyik", - şirkətin mətbuata açıqlamasında deyilir.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

İran Azərbaycanla münasibətlərə “Çin səddi” çəkir

SONRAKI XƏBƏR

Prezidentin köməkçisi səfirliyimizə hücumla bağlı paylaşım etdi