ABŞ kosmik avadanlığı yarım əsrdən sonra Aya gedib

ABŞ kosmik avadanlığı yarım əsrdən sonra Aya gedib

Texasda yerləşən “Intuitive Machines” şirkəti tərəfindən idarə olunan “Odysseus” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığında uğurla eniş edib. Bu, yarım əsrdən çox müddətdə ABŞ-nin Yerin peykinə ilk missiyası və tarixdə tamamilə özəl korporasiya tərəfindən həyata keçirilən ilk buraxılışdır.

APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, eniş NASA tərəfindən canlı yayımlanıb. Aparat, planlaşdırıldığı kimi, Ayın cənub qütbünün yaxınlığındakı Malaert A kraterinə enib. Proses zamanı Odysseus avtonom naviqasiya sistemi nasaz olsa da, mühəndislər problemi aradan qaldıra bildilər.

Eniş, 1972-ci ildə başa çatan Apollon 17 missiyasından sonra Amerika kosmik gəmisinin Ay səthinə ilk enişi idi.

"Bu gün ABŞ-ın yarım əsrdən artıq müddətdə ilk dəfə Aya qayıdıb. Bu gün NASA-nın kommersiya tərəfdaşlığının gücünü nümayiş etdirən bir gündür", - NASA Administratoru Bill Nelson bildirib.

“Odysseus”un yeddi gün işləyəcəyi və Günəş enerjisi ilə təchiz ediləcəyi gözlənilir. Modul alətlər dəstini və bəzi NASA texnologiya nümunələrini daşıyır.

Mənbə: apa.az