İran dron hücumundan sonra hansı ölkələrə zərbə endirəcək? - Tel-Əvivdə gizli görüşlər

İran dron hücumundan sonra hansı ölkələrə zərbə endirəcək? - Tel-Əvivdə gizli görüşlər<span class="qirmizi"></span>

İsrailin təhlükəsizlik qüvvələri İran obyektlərinə son hücumlardan sonra rəsmi Tehranın ehtimal olunan cavab tədbirinə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Times of Israel” nəşri yayıb.

Mənbə yazır ki, rəsmi Tel-Əviv hazırda bunun nə vaxt və necə baş verə biləcəyini müzakirə edir,

Qeyd olunur ki, İsrailin təhlükəsizlik orqanları İranın digər ölkələrin ərazisinə zərbə endirməsinin mümkünlüyünü müzakirə etmək üçün görüşlər keçirir.

Tel-Əviv ehtiyat edir ki, israilli turistlər, rəsmilər və səfirliklər Tehranın hədəfinə çevrilə bilər.
 

Mənbə: bizim.media