Parkinson xəstəliyilə bağlı təcrübə uğurlu nəticə verdi

Parkinson xəstəliyilə bağlı təcrübə uğurlu nəticə verdi<span class="qirmizi"></span>

Çin alimlərinin Parkinson xəstəliyinə qarşı hazırladıqları kök hüceyrə terapiyası meymunlar üzərində aparılan təcrübədə təsirli nəticə verib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, “South China Morning Post” qəzetinin məlumatına görə, Çinin Kunmin Elm və Texnologiya Universitetinin alimləri meymun beyninə kök hüceyrələri köçürərək Parkinson xəstəliyinin əlamətlərini aradan qaldırmağa nail olublar.

Tədqiqatçılar kök hüceyrə transplantasiyasının Parkinson xəstəliyi səbəbiylə beyin funksiyaları hərəkət edə bilməyəcək dərəcədə pozulan heyvanların 2-3 həftə ərzində ayağa qalxıb hərəkət edə, hətta öz yeməklərini özləri yeyə biləcəklərini söyləyirlər.

5 il izlənilən heyvanlarda müalicə effektinin qalıcı olduğu müşahidə edilib.

Alimlər müalicə üçün insan göbək bağından əldə etdikləri mezenximal kök hüceyrələrinə dopamini sintezi etməyə imkan verən üç geni köçürüblər.

Müalicə siçanlar üzərində sınaqdan keçirildikdən və uğurlu alındıqdan sonra 2017-ci ildə meymunlarla təcrübəyə başlanılıb.

Əgər genetik olaraq dəyişdirilmiş kök hüceyrələr insanlarda uğurlu olarsa, bu, Parkinson üçün ucuz və təsirli bir müalicə olacaq.

Alimlər gələcəkdə müalicənin təhlükəsizliyi və tətbiqi ilə bağlı ayrıntılar üzərində işləyəcəklər. Daha sonra insanlar üzərində genişmiqyaslı klinik sınaqların keçirilməsi planlaşdırılır.

Araşdırmanın nəticələri "Parkinson's Disease" beynəlxalq mütəxəssis tibbi jurnalında dərc olunub.

Qeyd edək ki, dünyada 60 yaşdan yuxarı insanların ən az 1 faizin müşahidə edilən Parkinson xəstəliyi dövrün ən çox görünən degenerativ beyin xəstəliyidir. Səbəbi hələ bilinməyən bu xəstəliyin beyində bədənin hərəkətlərini tənzimləyən dopamin fermentini ifraz edən sinir hüceyrələrinin azalması ilə tətikləndiyi düşünülür.

 

Mənbə: sia.az