"Sony"nin prezidenti istefa verdi

"Sony"nin prezidenti istefa verdi<span class="qirmizi"></span>

"Sony"nin prezidenti 63 yaşlı Yoşida Keniçiro istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiya şirkəti bəyanat yayıb. Bildirilir ki, "Sony"nin Baş Maliyyə Direktoru (CFO), 58 yaşlı Totoki Hiroki aprelin 1-dən "Sony"nin prezidenti vəzifəsinə təyin ediləcək.

Bu sədr dəyişikliyi Yaponiya şirkəti üçün son 5 ildə ilk dəfə olacaq.

Qeyd edilib ki, yeni təyinat qərarı ilə "Sony" elektrik avtomobil sektorunda, eləcə də mövcud elektronika, oyun və film sektorlarında böyüməyi hədəfləyəcək.

Gülayə Mecid

Mənbə: www.unikal.org