"Facebook" istifadəçilərinin sayı 2 milyardı ötdü

Dünyanın nəhəng sosial şəbəkə platforması "Facebook" istifadəçilərinin sayı 2 milyarda çatıb.Bakupost.az bildirir ki, sosial şəbəkədən gündəlik istifadə edənlərin sayının dekabr ayında orta hesabla 2 milyarda, yəni dünya əhalisinin təxminən dörddə birinə çatdığı açıqlanıb.

 

Qeyd edək ki, Instagram və WhatsApp-ın da sahibi olan Meta, keçən il işçilərinin təxminən 13 faizini işdən çıxarmışdı.

Dekabr ayına qədərki üç ay ərzində şirkət gəlirinin illik müqayisədə 4 faiz azalaraq 32,2 milyard dollar olduğunu bildirib.

Mark Zukerberq, şirkətin xüsusilə gənc istifadəçilər arasında populyar olan TikTok kimi rəqiblərlə qarşılaşarkən diqqət yetirdiyi video məhsulu Reels ilə irəliləyiş əldə etdiyini deyib.

Aygün

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan beynəlxalq konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair protokolunu imzalayacaq

SONRAKI XƏBƏR

"İranın diplomatik missiyasının statusu aşağı salınmalıdır" - Hüquqşünas