Axır ki, bu gəmini batırdılar

Axır ki, bu gəmini batırdılar<span class="qirmizi"></span>

Braziliya, Atlantik okeanında yeganə təyyarədaşıyan gəmisi olan "Sao Paulo"nu batıb.

Publika.az xəbər verir ki, bu barədə Braziliya Hərbi Dəniz Qüvvələrinin saytında məlumat yayılıb. Orada prosesin "nəzarət altına alındığı" bildirilir.

Təyyarədaşıyan gəmi iki il əvvəl ölkənin Hərbi Dəniz Qüvvələrindən çıxarılaraq Türkiyənin “Sök” şirkətinə satılıb. Sövdələşmə 1,9 milyon dollar təşkil edib. Türkiyədə gəmi sökülməli idi. Lakin gəmi Aralıq dənizinə çatdıqdan sonra ölkə rəhbərliyi parklanma icazəsini geri götürüb.

Daha sonra təyyarədaşıyan Braziliyaya qaytarılıb. Amma orada da hakimiyyət onu təhlükəli hesab edib və sahilə yaxınlaşmağı qadağan edib. Nəticədə gəmi sahildən 350 km aralıda, 5000 metr dərinlikdə batırılıb. Hərbçilər əmin edir ki, region seçərkən gəmiçilik marşrutlarını, eləcə də okean ekosisteminə təsirini nəzərə alıblar.

Bununla belə, ekoloqlar təyyarədaşıyan gəminin okeanın dibində olmasının ətraf mühitə zərər verəcəyini düşünürlər. Gəmidə çoxlu çirkləndirici materiallar var. Məsələn, asbest, xloroflorokarbonlar, mikroplastiklər, ağır metallar.

Ayşən

Mənbə: publika.az