Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO<span class="qirmizi"></span>

 

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 130 590 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 218 tank, 6 394 zirehli maşın, 2 220 artilleriya sistemi, 460 reaktiv yaylım atəşi sistemi, 225 hava hücumundan müdafiə sistemi, 294 təyyarə, 284 helikopter, 1 956 PUA, 796 qanadlı raket, 18 gəmi/qayıq, 5 081 avtomobil texnikası və avtosistern, 203 xüsusi texnikadan ibarətdir.

Mənbə: www.oxu.az