Məhkəmə İlon Maskla bağlı qərar verdi

Məhkəmə İlon Maskla bağlı qərar verdi<span class="qirmizi"></span>

"Tesla" səhmdarları tərəfindən açılan iddiada İlon Maskın təqsirli olmadığı məlum olub.

Publika.az CNN-ə istinadla xəbər verir ki, bu qərarı Kaliforniya məhkəməsində münsiflər heyəti qəbul edib.

Şirkətin sahibini sosial şəbəkədə səhmdarların milyardlarla dollar itirməsinə səbəb olan ehtiyatsız yayımda ittiham ediblər.

Söhbət 2018-ci ilin avqustunda "Tvitter"-də yayılan bir yazıdan gedir. Daha sonra Mask "Tesla" səhmlərini hər birini 420 dollardan almağa hazır olduğunu yazıb. Nəticədə sövdələşmə baş tutmayıb. Amma bu fonda şirkətin səhmləri əvvəlcə bahalaşıb, sonra isə ucuzlaşıb. İddiaçılar Maskdan onlara dəymiş ziyanı ödəməsini istəyirdilər.

Münsiflər heyəti hesab edib ki, investorların maliyyə itkilərinə görə iş adamı məsuliyyət daşıya bilməz.

Mask artıq bu məsələnin zərərlərini 2018-ci ildə ödəyib. Sonra ABŞ Qiymətli kağızlar və birja komissiyası ona qarşı iddia qaldırdı. İş adamı 20 milyon dollar ödəməli idi ki, bunu da edib.

Aydan

Mənbə: publika.az