Yupiterin daha 12 peyki tapıldı

Yupiterin daha 12 peyki tapıldı<span class="qirmizi"></span>


Astronomlar Yupiterin daha 12 peykini kəşf etməyə müvəffəq olublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Bildirilib ki, məlum peyklərin ümumi sayı hazırda 92-yə çatıb. Bu, Günəş sisteminin planetləri arasında maksimumdur.
“Sky & Telescope” elmi jurnalının saytı Yupiterin peyklərinin orbitlərini əks etdirən şəkil dərc edib. Məqalədə bütün aşkar edilmiş peyklərin kiçik olduğu və planetdən böyük məsafədə yerləşdiyi qeyd edilib.

Mənbə: www.yeniavaz.com