“Telegram”da YENİ FUNKSİYA istifadəyə verilib

“Telegram”da  YENİ FUNKSİYA  istifadəyə verilib<span class="qirmizi"></span>

“Telegram” messencerində yenilik olub.

Lent.az xəbər verir kİ, indi söhbətlərin və kanalların tərcüməsi funksiyası “Premium” abunəçilər üçün əlçatan olub.

Həmçinin, yenilənmiş “Şəbəkədən istifadə” bölməsində şirkət tərəfindən Wi-Fi və mobil trafikdən istifadə statistikası yer alıb.

Eyni yerdə istifadəçilər avtomatik yükləmə parametrlərini dəyişə bilərlər.

Bundan əlavə, messencerdə qəbul edilmiş medianın avtomatik saxlanması var.

Qeyd olunur ki, parametrlərdə siz söhbətlərin növlərini, həmçinin avtomatik saxlamaq istədiyiniz materialların ölçüsünü və növünü təyin edə bilərsiniz.

Qrup administratorları ayrıca doqquz növ media faylı göndərmək üçün icazə və ya qadağa yarada biləcəklər.

Mənbə: lent.az