Rusiyada gizli Ukrayna batalyonu fəaliyyət göstərir - “The Guardian”

Rusiyada gizli Ukrayna batalyonu fəaliyyət göstərir - “The Guardian”<span class="qirmizi"></span>

Rusiya ərazisundə “Qardaşlıq” adlı gizli Ukrayna batalyonu fəaliyyət göstərir.

Ednews xəbər verir ki, bu barədə informasiya “The Guardian” nəşrində yer alıb.

Mənbə yazır ki, bu döyüşçülər texniki cəhətdən Ukrayna ordusundan müstəqildirlər, lakin rəsmi qüvvələrlə çiyin-çiyinə çalışırlar.

Onların iştirak etdikləri Rusiyada sonuncu əməliyyat bir ay əvvəl Belqorod vilayətində olub və son aylarda burada bir neçə sursat anbarı partlayıb.

Döyüşçülər Rusiya sərhədini keçməyin onlar üçün çox asan olduğunu bildirib.

Mənbə: ednews.net