Zəlzələdən sonra İtaliyada tsunami xəbərdarlığı edildi

Zəlzələdən sonra İtaliyada tsunami xəbərdarlığı edildi<span class="qirmizi"></span>

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələdən sonra İtaliyanın sahil əraziləri üçün tsunami xəbərdarlığı edilib. İtaliya Mülki Müdafiə Departamenti INGV Sunami Xəbərdarlıq Mərkəzi (Cat) tərəfindən işlənmiş məlumatlara əsaslanaraq, İtaliya sahillərinə çata biləcək sunami dalğaları barədə əhaliyə xəbərdarlıq edib.

Müvafiq nazirlikdən verilən açıqlamada əhalinin sahilyanı ərazilərdən uzaq olmağı, yaxınlıqdakı daha yüksək ərazilərə çıxmağı və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri tövsiyə olunub.


Mənbə: azvision.az