Alimlər siçovullara insan "beyni" köçürdülər, nəticə onları heyrətə gətirdi - MARAQLI...

Alimlər siçovullara insan "beyni" köçürdülər, nəticə onları heyrətə gətirdi - MARAQLI...<span class="qirmizi"></span>

Alimlər laboratoriya siçanlarına insan hüceyrələrindən ibarət "mini-beyin" köçürüb. Bu tədqiqat gələcəkdə baş beynin ciddi travmalarını müalicə etməyə kömək edəcək. Tədqiqatın nəticələri "Cell Stem Cell" jurnalında dərc edilib.

Bu barədə Böyük Britaniyanın "The Times" nəşri yazıb.

Öz təcrübəsində alimlər əvvəlcədən Petri kasasında yetişdirilmiş insan beyni hüceyrələrindən ibarət beyin orqanoidlərindən istifadə edib. Onlar canlı orqanoidləri siçovulun beyninə köçürüb, bir neçə həftədən sonra onlar neyron şəbəkəsinə uyuşub.

Alimlərin fikrincə, belə manipulyasiyalar gələcəkdə insanların beyninin zədələnmiş toxumalarının bərpa edilməsində istifadə ediləcək.

Bunun üçün pasientin dərisinin bir hissəsini zülallar məhluluna yerləşdirmək lazım gələcək ki, onlar induksiya edilmiş kötük hüceyrələrinə çevrilsin, onlar isə istənilən tip hüceyrə ola bilər. Yəni bu hüceyrələri beyin toxumasının "ehtiyat hissəciyinə" çevirmək mümkündür. Bu da nəzəri cəhətdən pasientə ideal olaraq uyğun gəlməlidir.

Lakin bu tədqiqatlar hələlik erkən mərhələdədir. Bu təcrübənin məqsədi insan beyninin və siçovul beyninin hüceyrələrinin möhkəm əlaqə yarada biləcəyini yoxlamaqdan ibarət olub.

"Biz diqqəti təkcə ayrıca hüceyrələri deyil, toxumanı köçürməyə yönəltmişik", - Pensilvaniya Universitetindən tədqiqatın aparıcı müəllifi professot Ayzek Çen (Isasc Chen) deyib.

"Beyin orqanoidlərinin özünün arxitekturası var. Onlar baş beyni xatırladan quruluşa malikdir. Biz bu quruluşda ayrı-ayrı neyronları öyrənə bilmişik, bu da köçürülən orqanoidlərin inteqrasiya prosesini daha yaxşı anlamağa imkan verir", - o əlavə edib.

Bu orqanoidlər bəzən "mini-beyin" adlandırılır. Laboratoriya şəraitində insanın kötük hüceyrələrindən 80 gün ərzində yetişdirilib. Sonra onları siçovulların beyninin görməsinə cavabdeh olan sahəsi - görmə qapığı zədələnmiş beyninə köçürülüb.

90 gün ərzində bu orqanoidlər siçovulun beyninə tamamilə inteqrasiya olunub: "mini-beyini" qida maddələri ilə təchiz edən qan damarları peyda olub, orqonoidlərin ölçüsü böyüyüb, hüceyrələri isə siçovulun beyninin neyronları ilə əlaqə yaradıb.

Siçovulların gözlərinə işıq saldıqda orqanoidin neyronları buna reaksiya verib və onların fəallığı işıq stimulasiyasından aslı olaraq dəyişib. "Biz funksional inteqrasiyanın tez bir zamanda bu dərəcəsini gözləmirdik", - Çen qeyd edib.

"Neyron toxumaları beynin zədələnmiş hissələrinin bərpası üçün potensiala malikdir. Biz hələlik bütün təfərrüatları öyrənə bilməmişik. Lakin inamla ilk addımı atmışıq".

"İndi bizə orqanoidlərin baş beynin təkcə görmə qabığında deyil, digər nahiyələrində də necə istifadə etməyi aydınlaşdırmalıyıq. Biz həmçinin orqanoidin neyronlarının beyinə inteqrasiyasını idarə edən qanunları anlamaq istəyirik ki, imkan daxilində bu prosesə daha yaxşı nəzarət edə bilək.

Etika üzrə mütəxəssislər artıq sual edirlər ki, laboratoriya şəraitində yaradılan orqanoid nə zamansa hər hansı hiss keçirməyə qadir olacaqmı. Hal-hazırda belə bir konsensus mövcuddur ki, yeni tədqiqatda istifadə edilən toxumanın fraqmentlərinin özünüdərk qabiliyyəti yoxdur və ağrını hiss edə bilmir.

Müəllif: Riss Bleykli (Rhys Blakely)

Mənbə: moderator.az