Tamerlan Tağıyev: “Regionlarda İT bilik və bacarıqlara malik insanlar yetişdiriləcək”

Tamerlan Tağıyev: “Regionlarda İT bilik və bacarıqlara malik insanlar yetişdiriləcək”<span class="qirmizi"></span>

"Bu gün start verilən "İT Hub Azerbaijan" layihəsinin məqsədlərindən biri regionlarda İT sahəsində bilik və bacarıqlara malik olan insanları yetişdirməkdir".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev Mərkəzin təşkilatçılığı ilə "IT Hub Azerbaijan" layihəsinin açılış tədbirində deyib.

O, bu layihədə Avropa və Yenidənqurm və İnkişaf Bankı və "StrategEast" müəssisəsi ilə partnyor olduqlarını bildirib:

"Layihə çərçivəsibdə Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Mkngəçevir və Naxçıvan MR-da gənclər İT sahəsində bilik və bacarıqlara sahib ola biləcəklər. Onlar beynəxalq və tanınmış şirkətlərdə treninqlər keçəcəklər və seçilən tələbələr beynəlxalq İT şirkətlərində işlə təmin olunacaq. Həmin tələbələr Azərbaycanda qalmaqla beynəlxalq müstəvidə çalışan şirkətlərdə işləyəcəklər. Gələcəkdə beynəlxalq şirkətlər də Azərbaycana gələcək və bu da bizim inkişafımızda rol oynayacaq".

Mənbə: report.az