Ötən il ərzində 1192 xüsusi təhlükəsizlik indikatoru bloklanıb ki, bununla da məhz dövlət qurumlarının xüsusi hədəflənmiş kiberhücumlara qarşı qorunmasına nail olunub.
Xeberler.az məlumat verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Tural Məmmədov "Dövlət qurumlarının İT rəhbərlərinin I Zirvə toplantısı"nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu kiberindikatorların ortaya çıxarılması dövlət qurumlarından göndərilən, eyni zamanda XRİTDX tərəfindən analizi həyata keçirilən kibertəhdidlər nəticəsində ortaya çıxıb.
“Bu bildirişlər 711-i dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında araşdırılıb. 481 indikator isə daxildə kiberhücumların analizi nəticəsində ortaya çıxarılıb. 1192 xüsusi hədəflənmiş kiberhücum indikatoru bütün dövlət qurumları üzrlə bloklanmaqla yüzlərlə kiberhücumun qarşısı alınıb”, - deyə Tural Məmmədov vurğulayıb.
APA