Çində gündə 50 litr, ildə 18 ton süd verən – «SUPER İNƏK» YETİŞDİRİBLƏR

Çində gündə 50 litr, ildə 18 ton süd verən – «SUPER İNƏK» YETİŞDİRİBLƏR<span class="qirmizi"></span>

Çində ilk dəfə yüksək məhsuldar süd verən inək klonlaşdırılıb.

FED.az xəbər verir ki, Çin bioloqları ilk dəfə ildə 18 ton süd verə bilən yüksək məhsuldar Holşteyn inəyini klonlaşdırıblar.

Alimlər bunun üçün somatik hüceyrənin nüvə ötürülməsi metodundan istifadə ediblər. Bu zaman heyvanların qulaq toxumalarından istifadə olunub.

Eksperiment nəticəsində klonlaşdırılmış 3 buzov doğulduğu qeyd edilir. Çəkisi 56,7 kq olan ilk buzov seçilmiş heyvanın tam surəti olub. Bioloqlar hesab edir ki, belə bir "super inək" ömür boyu 100 tondan çox süd verə bilər.

Çin Xalq Respublikasının Şimal-Qərb Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Universitetinin alimləri somatik hüceyrə nüvə transferindən istifadə edərək üç buzovu klonlaşdırıblar. Bioloqlar heyvanın qulağındakı toxumadan istifadə ediblər.

Tədqiqat qrupunun rəhbəri Jin Yaping bildirib ki, Çində süd verən inəklərin 70%-i xaricdən alındığı üçün eksperiment Çinin heyvandarlıq sənayesinin canlanması üçün böyük əhəmiyyət kəsb edir.

"Biz 1000 ədəd super inəkdən ibarət bir sürü yaratmaq üçün iki-üç il sərf etməyi planlaşdırırıq ki, bu da Çinin xaricdən heyvan tədarükündən asılılığını aradan qaldırmaq üçün möhkəm təməl olacaq».

Qeyd edək ki, Çin təsərrüfatlarında məşhur yüksək məhsuldar holşteyn-friz cinsindən olan təxminən 6,6 milyon inək var. Amma bu inəklərin hamısının göstəriciləri eyni deyil - onların 10 minindən yalnız beş mini uzunömürlüdür, yüksək süd məhsuldarlığına malikdir, eyni zamanda çətin həyat şəraitinə davamlıdır.

Yeni eksperiment imkan verəcək ki, alimlər ən yaxşı südlük heyvanları seçib klonlaşdıracaq və yalnız onları klonlaşdırıb artıracaqlar.

Üstəlik, indiyədək inəklər Çinin hər yerində fermalara səpələndiyi üçün onların yetişdirilməsi çətin idi. Klonlaşdırma isə çinli mütəxəssislərə əhalinin süd məhsullarına artan tələbatının öhdəsindən gəlməyə imkan verəcək.

Alimlər qeyd edirlər ki, indi super inəklərin genlərini saxlamaq və onlardan bütöv klonlaşdırılmış sürü yaratmaq mümkün olacaq.

Mənbə: fed.az