Türkiyədə yardım adı ilə saxta hesablar açılıb - VİDEO

Türkiyədə yardım adı ilə saxta hesablar açılıb - VİDEO<span class="qirmizi"></span>

Google axtarış sisteminə zəlzələ yardımı yazdıqda ilk sıralara çıxan feyk internet saytı peyda olub.

Azərbaycanda bank dələduzluğunun - NÖVBƏTI ÜSULU AŞKARLANIB: MÜŞTƏRILƏRIN NƏZƏRINƏ!

FED.az xəbər verir ki, bunu "Instagram"da "AYYILDIZ TİM" paylaşıb.

Məlumata görə, linkə daxil olduqda random yazılmış sayta keçilir.

Saytda Türkiyədə zəlzələdən zərər çəkənlərə "AFAD" adına açılmış saxta sayt ünvanı göstərilir və ianə edərkən bank kartlarındakı pullar mənimsənilir.

Bu tip dələduzluqdan necə qorunmaq olar?

Şifrənizi və fərdi məlumatlarınızı (şəxsiyyət vəsiqənizi, bank kartının nömrələrini, bank hesablarınızı və.s) başqaları ilə bölüşməyin!

Bilməlisiniz ki, sosial mühəndislər sizin fərdi məlumatlarınızı öyrənmək üçün istənilən inandırıcı sözləri deyə bilərlər.

Həssas məlumatlarınızı e-poçt, telefon zəngi və ya mesaj vasitəsilə ötürməyin.

Mailinizdə spam filter funksiyasını aktiv edin!

Naməlum e-poçtdan gələn mesajlara diqqətlə nəzər yetirin! (Trend)

 

 

Mənbə: fed.az