Çin bu sahədə də ABŞ-ı ötdü

Çin bu sahədə də ABŞ-ı ötdü<span class="qirmizi"></span>

Çin ABŞ-dan daha çox ICBM (Qitələrarası ballistik mərmi) buraxılış qurğusuna malikdir .

Publika.az xəbər verir ki, bu barədə “The Vall Street Journal” Konqresin dinləmələrində elan edilmiş məlumatlara istinadla yazır .

Qəzet nüvə qüvvələrinə nəzarət edən ABŞ Strateji Komandanlığına istinadla yazır: “Çində qitələrarası ballistik raketlərin yerüstü stasionar və mobil buraxılış qurğularının sayı ABŞ-dakı qitələrarası ballistik raketlərin buraxılış qurğularının sayından çoxdur”.

Pentaqonun məlumatına görə , Çin mobil ICBM buraxılış qurğuları və 20-yə yaxın silos əsaslı maye yanacaq raketlərinə malikdir.

ABŞ Müdafiə Nazirliyi, həmçinin Çinin ən azı 300 təkmil bərk yanacaq ballistik raketləri yerləşdirmək üçün nəzərdə tutulmuş üç silos inşa etdiyi barədə məlumatlara malikdir.

 

Həmçinin Pentaqona istinadla qeyd edilir ki, 2030-cu ilə qədər ABŞ ilk dəfə olaraq iki böyük nüvə dövləti ilə qarşı-qarşıya qalacaqları vəziyyətlə üzləşəcək.

Ayşən

Mənbə: publika.az