NASA dünyaya təsir edən günəşdəki partlayışı çəkdi - FOTO

NASA dünyaya təsir edən günəşdəki partlayışı çəkdi - FOTO<span class="qirmizi"></span>

NASA-nın “Solar Dynamics Observatory” Rəsədxanasının peyki Günəşdə baş verən və dünyanın bəzi bölgələrinə təsir edən güclü partlayışı çəkib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Okean və Atmosfer İdarəsi (NOAA) partlayışın X1.1 sinifində, yəni çox güclü olduğunu açıqlayıb.

NOAA-nın məlumatına görə, partlayış dünyanın müxtəlif bölgələrində, xüsusən də Cənubi Amerikada radioların kəsilməsinə səbəb olub.

Qeyd edək ki, Günəşdəki partlayış və ləkələrin minimum səviyyəyə endiyi dövrlərə “solar minimum”, ləkələrin artdığı və partlayışların tez-tez baş verdiyi dövrlərə isə “sokar maksimum” deyilir. Günəş hər 11 ildən bir bu fazalar arasında dəyişir.

2025-ci ildə günəşin maksimum fazası öz zirvəsinə çatacaq. Bu səbəbdən elm adamları 2025-ci ildə güclü partlayışların Yer kürəsinə təsir edəcəyini gözləyirlər.

Mənbə: baku.ws