30 min işçiyə səhvən ikiqat maaş ödənilib - Qaytaracaqlar?

30 min işçiyə səhvən ikiqat maaş ödənilib - Qaytaracaqlar?

İsveçrənin Sürix şəhərində bələdiyyə işçiləri kompüter nasazlığına görə fevral ayı üçün maaşlarını iki dəfə alıblar.

Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Sürixin maliyyə qurumu məlumatların işlənməsi zamanı texniki səhvə görə işçilərin iki dəfə maaş aldığını izah edib. Bu, insanların əlavə 175 milyon İsveçrə frankı (200 milyon dollar) alması ilə nəticələnib.

Məlum olub ki, səhv "Swisscom" telekommunikasiya operatorunun təchizatçısının proqram təminatı ilə bağlı olub.

Bank qeyd edib ki, bələdiyyə işçiləri səhvən ödədikləri pulu qaytarmalıdırlar və bunun mümkün qədər rahat həyata keçirilməsi üçün səlahiyyətli orqanlarla əməkdaşlıq edirlər.

Cəmilə

Mənbə: publika.az